Gürcüstanda 3 biznesmenin çoxmilyonluq fırıldaqlarının üstü açıldı

128
0

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda saxta vergi sənədlərinin hazırlanması və istifadəsində ittiham edilən 3 nəfər tutulub.

Bu haqda Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına əsasən, müxtəlif şirkətlərin rəhbərləri olan müttəhimlər 2019-cu ilin aprelində saxta sənədlərdən istifadə edərək ümumi dəyəri 40 milyon lari (təxminən 13 milyon dollar) olan malların tədarükünə dair saxta əməliyyat həyata keçiriblər və 6,2 milyon lari (2 milyon dollardan artıq) məbləğində saxta aktiv yaradıblar.

Keçirilmiş əməliyyat nəticəsində cinayətin üstü açılıb. Tutulan şəxslər isə aktivdən cəmi 99 min lari istifadə edə biliblər ki, bu, büdcə vasitələrinə böyük ziyanın dəyməsinin qarşısını alıb.

Onlar 4-7 il müddətinə azadlıq məhrum edilə bilər.