Sumqayıtda zavodda yanğın olub

71
0

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olub.

Az.shafaqna.com xəbər verir ki, bu haqda Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumda qeyd edilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.