
Az.shafaqna.com “Hürriyet”-ə istinadən xəbər verir ki, Türkiyənin Hatay əyalətində Aralıq dənizi boyu 26 km uzunluğu olan velosiped yolu açılıb.
Üstəlik, həmin yol bir dəfə də olsun, başqa yollarla kəsişmir. Beləliklə də bu yol dünyanın ən uzun arasıkəsilməyən velosiped yolu olub.
Mavi boya ilə boyanmış velosiped yolu dəniz boyu avtoyola parallel şəkildə uzanıb və o, Samandağ və Arsuz yaşayış məntəqələrini birləşdirir.
Hatay əyalətinin qubernatoru Rahmi Doğan bildirib ki, velosiped yolunu 2 isitqamətdə istifadə etmək olar. Bu cür etdikdə 52 km uzunluğunda marşrut əmələ gəlir.
Yaxın gələcəkdə yolun üzərində 5 istirahət yerinin açılması planlaşdırılıb. Bundan başqa, bu il velosiped yolunda milli və beynəlxalq yarışlar keçiriləcək.






























