
Türkiyə Yunanıstan və Misir arasında imzalanan “dırnaq arası dəniz səlahiyyət sahələrini məhdudlaşdırma sazişi”nin əsassız olduğunu bildirib.
Az.shafaqna.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında bu iki ölkə arasında dəniz sərhədi olmadığına işarə edilərək, “İmzalandığı bildirilən sözdə dəniz səlahiyyət sahələrini məhdudlaşdırma sazişi Türkiyə üçün əsassızdır. Bu anlayışımız sahədə və masada ortaya qoyulacaqdır” ifadələri yer alıb.
Məhdud edilən sahənin BMT-də bildirilən Türkiyənin dənizdibi ərazisi daxilində yer aldığı vurğulanan açıqlamada qeyd edilib ki, 2003-cü ildə Kıbrıs Rum Rəhbərliyi ilə imzaladığı bu razılaşma ilə 11 min 500 kvadratkilometrdən imtina edən Misir Yunanıstanla hazırda imzaladığı bu saziş ilə yenə dəniz səlahiyyət səhasində itkiyə məruz qalır. Bu sazişlə Liviyanın da haqları qəsb edilmək istənir. Türkiyənin sözügedən sahədə hər hansı fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kıbrıs Türklərinin qanuni hüquq və maraqlarını qətiyyətli şəkildə müdafiə etməyə davam edəcəyi şübhəsizdir”.
Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Yunanıstan və Misir arasındakı dəniz razılaşması barədə “Həm Türkiyənin, həm də Liviyanın dənizdibi ərazisi və haqlarını pozur” deyib.
Bu razılaşmanın əsassız olduğunu vurğulayan Çavuşoğlu, “Həm sahədə, həm də masada bunun mövcud olmadığını göstərməyə davam edəcəyik. Həm bunlara, həm də bütün dünyaya”, – deyə qeyd edib.
Qeyd edək ki, Misir və Yunanıstan arasında “dəniz səlahiyyət sahələrini məhdudlaşdırma sazişi” avqustun 6-da Qahirədə Misirin Xarici İşlər naziri Samih Şükri və Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias tərəfindən imzalanıb.
























