
Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya Rusiya-Gürcüstan müharibəsinin 12-ci il dönümü münasibəti ilə çıxış edib.
“2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi yüzlərlə vətəndaşımızın, o cümlədən də dinc sakinlərin həyatına son qoydu. Biz qəhrəman-əsgərlərimizi, ərazilərimizi itirdik. Onlar bizi böyük acı və ağır fəsadlarla başbaşa qoyan faciə dolu günlər idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, ölkəsi heç vaxt işğalla barışmayacaq.
Gürcüstanın sülh yolu ilə həllin tərəfdarı olduğunu deyən Qaxariya qeyd edib ki, “bu prosesdə beynəlxalq həmkarlarımız bizim yanımızdadır”.
“Biz heç vaxt keçmişin xətalarını təkrarlamayacağıq, çünki sülhün alternativinin olmadığını və ölkəmizin birləşməsinin müqəddiməsinin sülh, birgə zəhmət və iqtisadi uğur, inkişaf olduğunu yaxşı bilirik”, – deyə o qeyd edib.
“Məhz buna görə də hökumətimizin seçimi dinc, rasional və məntiqli, əsaslı siyasətdir. (Bu,) mütləq şəkildə bizi son məqsədimizə çatdıracaq – işğalın tam şəkildə sonlandırılması və süni şəkildə bölünmüş cəmiyyətlərin vahid, demokratik Avropa dövlətində barışıq içərisində yaşaması”, – deyə o əlavə edib.






























