© Reuters

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Xvanxe-Namdo kəndinin sakinlərinə buğda paylamaq tapşırığını verib.

Adıçəkilən kənddə sel 900-dən çox evin zərər görməsinə səbəb olub.

Kim Çen In həmçinin zədələnmiş binaların bərpası üçün ilkin zərurət mallarının və tikinti materiallarının tədarükünün təşkili barədə də göstəriş verib.

Onların həyatlarını mümkün qədər tez stabillərşdirmək üçün əsas prioritet yataq torbalarının, gündəlik tələbat mallarının, dərmanların və digər lazımlı əşyaların sürətli tədarüküdür”, – deyə o bildirib.

Evlərin bərpasına hərbçilər də cəlb ediləcək.

Xatırladaq ki, bu həftə Koreya yarımadasında güclü yağışlar olub. Şimali Koreyada 730 ev və 600 hektar çəltik zəmisi su altında qalıb, 179 ev tamamilə məhv olub. İnsanların ölüb-ölməməsi barədə məlumat verilməyib.