Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Conatan Hofman bildirib ki, Pentaqonun “The New York Times” qəzetindəki iddianı təsdiq edən faktları yoxdur.

Xatırladaq ki, adıçəkilən qəzet iddia edib ki, “Taliban” terror təşkilatının ABŞ hərbçilərinə hücumlarında Rusiyanın əli var.

Hazırda Nazirliyinin əlində açıq mənbələrdəki iddiaların gerçəkliyini qəbul etməsi üçün heç bir təsdiqedici faktlar yoxdur”, – deyə bildirilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov yayılan iddiaları “cəfəngiyyat” adlandırıb.

ABŞ prezidenti Donald Tramp isə qəzetdəki məqaləni “sifarişli” adlandırıb.

“Taliban” rəsmisi də bildirib ki, “Taliban” bu iddianı qəti şəkildə təkzib edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin