ZDNet

Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, dünyanın ən varlı insanlardan biri və “Facebook”-un qurucusu Mark Zukerbergin var-dövləti ilk dəfə 100 milyard dolları keçib.

“Bloomberg Billionaires Index”-ə (BBI) əsasən, Zukerberglə yanaşı “Amazon”-un başçısı Ceff Bezos və “Microsoft” başçısı Bill Geyts də 100 milyard dollardan artıq sərvətə sahibdir.

Üstəlik, Zukerberg son 1 ildə 22 milyard dollar, Bezos isə 75 milyard dollar varlanıb.