
Az.shafaqna.com “Rönhap”-a istinadən xəbər verir ki, Cənubi Koreya prezidentinin administrasiya başçısı və dövlət başçısının digər 5 məşvərətçisi eyni anda istefa veriblər.
İstefa verənlər arasında dövlət və vətəndaş siyasəti, ictimaiyyətlə əlaqələr, kadr siyasəti, həmçinin vətəndaş cəmiyyəti məsələləri üzrə məsləhətçilər var.
İstefa məmurların “son hadisələrə görə bütün məsuliyyəti öz üzərilərinə götürməyə” hazır olmalarının göstəricisidir.
Ehtimal edilir ki, “son hadisələr” deyildikdə tənqidə məruz qalmış daşınmaz əmlak siyasəti nəzərdə tutulur, lakin prezident apparatı bu ehtimalı şərh etməyib.
Qeyd edilir ki, məşvərətçilərin istefalarının qəbuluna dair son qərarı prezident Mun Çje İn qəbul edəcək.






























