Az.shafaqna.com “Krasnaya Zvezda” qəzetinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Rusiyanın digər ölkələrə nüvə zərbə endirməsini zəruri edəcək şərtləri açıqlayıb.

Nüvə başlıqlı raketlərin atılması üçün səbəblərdən ilki “Rusiya və (və ya) onun müttəfiqlərinin ərazisinə hücum edən ballistik raketlərin startı haqda mötəbər məlumatın daxil olması” ola bilər.

Qeyd edilir ki, düşmənin ballistik raketlərinin nüvə başlıqları ilə təchiz edilmiş olması mütləq deyil, çünki monitorinq sistemi nüvə başlığının olub-olmadığını müəyyən edə bilməyəcək, elə buna görə də zərbə istənilən halda endiriləcək.

Nazirlik həmçinin bildirib ki, Rusiya Federasiyasının dövlət siyasətinin milli təhlükəsizlik sahəsindəki ən əsas prioriteti strateji qarşısını alma çərçivəsindəki nüvə qarşısını almanın təmin edilməsidir.

Əvvəlki məqaləGürcüstanda koronavirus statistikası: 7 yoluxma, 7 sağalma
Növbəti məqalədəAzərbaycan nefti ucuzlaşıb