Gürcüstanda koronavirus statistikası: 7 yoluxma, 7 sağalma

57
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1213-ya çatıb, onlardan 994 nəfər sağalıb, 17 nəfər ölüb.  Karantin rejimində 6680 vətəndaş nəfər qalır ki, onlardan 333 nəfər həkim nəzarətindədir.

Hesablamalara görə, ümumi yoluxanların  81.95 faizi sağalıb, 1.4 faizi vəfat edib.