
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu haqda məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.






























