Az.shafaqna.com “Youm7” saytına istinadən xəbər verir ki, Misirdə özəl təyyarə əl-Quna şəhərciyinin havalimanın eniş zolağına çırpılıb.

Xurqada şəhərindən 20 km məsafədə baş vermiş hadisə nəticəsində 2 nəfər həlak olub.

2 nəfərlik yüngül gəzinti təyyarəsi eniş etmək istəyərkən zolağa çırpılıb.

Misir vətəndaşları olan pilot və sərnişin aldıqları çoxsaylı zədə və xəsarətlər nəticəsində xəstəxanada dünyalarını dəyişiblər.