Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, BMT TŞ və NATO 2011-ci ildəki təcavüzə görə Liviya xalqı qarşısında rəsmi şəkildə üzr istəməlidir.

Bu sözləri “Liviyada Milli Mübarizə Cəbhəsi” hərəkatının lideri, ölkənin devrilmiş prezidenti Müəmmar Qəddafinin əmisi oğlu Əhməd Qəddaf əd-Dam səsləndirib.

O bildirib ki, NATO-nun hərəkətləri “bütün Şimali Afrika regionun mühüm qoruyucu qapağı” olmuş Liviyanı məhv edib.

O xatırladıb ki, 2011-ci ildə BMT TŞ Liviyada bütün baş verənlərin məsuliyyətini öz üzərinə götürüb və təşkilat “daha öncə Liviya və Şimali Afrikada olmayan” ekstremist və terrorçuların peyda olmasının qarşısını ala bilməyib.

Əd-Dam hesab edir ki, BMT TŞ istəsə, bir neçə saatın içərisində Liviyadakı böhranı həll edə bilər.

Lakin Qərbdə Liviya probleminin həllini istəmirlər. Liviyada baş verən xaosun davam etməsi Qərbə sərf edir… Bu gün Liviyada baş verən hər bir şeyin cavabdehi NATO və BMT TŞ-dır”, – deyə o qeyd edib və əlavə edib ki, bu strukturlar liviyalılardan üzr istəməyə borcludurlar.

Xatırladaq ki, hazırda Liviyada, şərqdə və qərbdə olmaqla, iki fərqli hökumət fəaliyyət göstərir və onlar arasında müharibə gedir.