
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 150 mindən az sosial bala sahib hər bir tələbə 2020-2021-ci tədris ilində bir semestr üçün Gürcüstan dövlətindən təzminat alacaq.
Bunu Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
Onun sözlərinə görə, həmçinin təhsil haqqı ödənilmədiyi üçün tələbə statusu dayandırılmış tələbələrin də illik təhsil haqqı ödəniləcək.
Ümumilikdə, Gürcüstanda 33 mindən çox tələbə bu imtiyazlardan yararlana biləcək.






























