
Az.shafaqna.com xəbər verir ki, bu barədə AZAL məlumat paylaşıb.
Məlumatda deyilir ki, bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.
⠀
“Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:
⠀
– azal.az saytında https://help.azal.az/hc/az/requests/new… linki vasitəsilə onlayn formanı doldurmaqla;
⠀
– (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.
⠀
Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
⠀
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmamışdır.”, -deyə AZAL vurğulayıb.






























