Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, pandemiya səbəbi ilə Gürcüstanı tərk edə bilməyən xarici vətəndaşların ölkədə qanuni şəkildə qalma müddəti 31 dekabradək uzadılıb.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Gürcüstan hökuməti 14 martdan 31 iyuladək xaricilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində güzəştli qanuni qalma rejimini işə salıb. Lakin 1 avqustdan onlar qeyri-leqal hesab edilməyə başlayıb.

Bununla bağlı olaraq, artıq qərara edilmiş dəyişikliklərə əsasən, yalnız müddəti bitmiş və müəyyən şərtlərə uyğun gələn xarici vətəndaşların ölkədə qalma müddəti 31 dekabradək uzadılıb.

Məsələn, şərtlər bunlardır: vətəndaşı olduqları dövlət yüksək yoluxma riski zonasına daxildirsə və ya onların dövlətləri xaricdən ölkəyə girişi məhdudlaşdırıbsa və ya şəxs xəstəxana, karantin və ya özünütəcriddədirsə və ya aviareyslərin yoxluğu ona geri qayıtmağa mane olursa.

Gürcüstanda qanuni qalma müddəti bitdikdə əcnəbilər ölkəni tərk etməlidirlər, əks halda onlar cərimələnə və ya onların Gürcüstana təkrar girişinə müəyyən müddətlik – 2-5 illik qadağa qoyula bilər.

Ölkədən çıxarılma haqda qərarı Gürcüstan DİN qəbul edir – hər bir konkret halda qərar fərdi olur.

Cərimə isə bu cürdür: müddətin bitməsindən 3 ay keçərsə, 180 lari, daha sonra isə məbləğ ikiqat artır.