Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda açıq məkanlarda maska rejimi bərpa edilir.
“10 avqustdan 5-dən çox insanın olduğu açıq məkanlarda da maskadan istifadə məcburi olacaq”, – deyə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının pandemiya ilə mübarizə üzrə Operativ Qərargahının başçısı Giorgi Gibradze bildirib.
Onun sözlərinə görə, müvafiq qərar ölkədəki epidemioloji vəziyyətin kəskin pisləşməsi ilə bağlı qəbul edilib.
Xatırladaq ki, Gürcüstanda açıq məkanlarda maskadan istifadə qaydası 22 iyunda ləğv edilmişdi. Sözügedən tələb isə qapalı məkanlar üçün ləğv edilməmişdi.
Bu məqaləni paylaş
