
Az.shafaqna.com “carakoom.com”-a istinadən xəbər verir ki, Məkkə şəhərinin yaxınlığında SSRİ avtomobillərinin “məzarlığı” üzə çıxıb.

Şahidlər natamam halda onlarla QAZ-21 “Volqa” avtomobillərinin şəklini çəkiblər.

Bütün avtomobillər göy rəngindədir, bu səbəbdən də ehtimal edilir ki, onlar taksi-parkına məxsus olub. Ehtimal ki, avtomobillər öz istifadə dövrünü tamamladıqları üçün yarıtikili binaya atılıb.

Qeyd edildiyi kimi, avtomobillər natamam haldadır: demək olar ki, onların heç birində mühərrik yoxdur. Çox güman ki, avtomobillər digər avtomobillər üçün “donor” kimi istifadə edilib.

Atılmış avtomobillər arasında bir neçə ədəd “Moskviç” və nadir “BMW 1600” də var.































