
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çin ABŞ-ın BMT TŞ tərəfindən İrana qarşı silah embarqosunun uzadılması təşəbbüsünün əleyhinədir.
Bu haqda Çin XİN rəsmisi Van Venbin bildirib.
“Biz razı deyilik ki, ABŞ BMT TŞ-da İrana qarşı silah embarqosunun uzadılmasını irəli sürsün. BMT TŞ-ın 231-ci qətnaməsinin bütün tələbləri, o cümlədən silah embarqosu ilə bağlı qanunlar tam şəkildə yerinə yetirilib”, – deyə o bildirib.
O qeyd edib ki, Çin beynəlxalq ictimaiyyətlə birlikdə İranın nüvə proqramına dair sazişisi və BMT TŞ-ın qətnamələrini qorumağa, İranın nüvə probleminin siyasi həllinə kömək etməyə davam edəcək.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ İrana qarşı silah embarqosunun uzadıması üçün qətnamə layihəsi hazırlayıb və sənəd gələn həftə gözdən keçiriləcək.






























