Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti təbii qaz və elektrik enerjisi üçün olan 4 aylıq komunal xərcləri ödəyəcək.

Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.

O deyib ki, koronavirus pandemiyasına görə çox vətəndaşa ciddi zərər dəyib, bu səbəbdən də hökumət əhalini çətin dövrdə dəstəkləmək qərarına gəlib.

Gürcüstan hökuməti 4 ay ərzində (noyabr, dekabr, yanvar və fevral) kommunal xidmətlər üçün güzəştləri davam etdirmək qərarını qəbul edib. Maddi yardım eyni sistem üzrə olacaq – 200 kilovat elektrik enerjisi və ya 200 kubmetr qaz istehlakı. Əlbəttə, ehtiyacsız vətəndaşlar bundan imtina edə bilərlər”, – deyə o qeyd edib.

Ölkədə aylıq 200 kVt-dan az elektrik enerjisi istifadə edən abunəçilərin sayı 1,2 milyondur və hökumət bu vətəndaşların kommunal xidmətlərinin ödənişi üçün 17 milyon lari (5 milyon dollardan artıq) vəsait ayıracaq.

Həmçinin Gürcüstanda aylıq 200 kubmetrədək qaz istifadə edən 670 min abunəçi var. Onların hesablarının ödənişi üçün isə 27 milyon lari (8 milyon dollardan artıq) məbləğ ayrılacaq.