Ayətullah Seyid Sistani Beyrutdakı partlayışla bağlı bəyanat verdi

.
0

Az.shafaqna.com xəbər verir ki, İslam Dünyasının Böyük Mərcəi Təqlidlərindən olan Ayətullah Seyid Sistaninin Nəcəf Əşrəfdəki dəftərxanası Livandakı partlayışla bağlı bəyanat yayıb.

Açıqlamada deyilir: “Bismillahir Rəhmanir Rəhim.

Çox  sayda insanın həyatını itirməsinə və yaralanmasına, insanların evsiz qalmasına səbəb olan  və ağır dağıntılara yol açmış əziz Beyrut şəhərindəki partlayışa görə dərin hüzn və kədərimizi ərz edirik.

Bu münasibətlə Livanın möhtərəm xalqına dərin hüznlə başsağlığı verir və Mütəal Allahdan bu böyük müsibəti dəf etmək üçün güc, səbir və həmrəylik arzu edirik.

Dünyanın xeyirxah insanlarını bu çətin anlarda livanlılarla həmrəy olmağa və bu böyük faciənin təsirini azaltmaq üçün əlində olan bütün imkanları ilə kömək etməyə dəvət edirik.

Mütəal Allahdan faciə qurbanlarına rəhmət, yaxınlarına səbir və əmin-amanlıq, yaralılara şəfa və sağlamlıq arzu edirik.

Çünki Allah, Mərhəmət edənlərin ən Mərhəmətlisidir.”

Əvvəlki məqaləLivanlı nazir: Partlayışın fəsadlarını aradan qaldırmaq üçün maliyyə imkanımız yoxdur
Növbəti məqalədəGürcüstan hökumətidən qaz və işıq puluna 4 aylıq güzəşt