Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki ki, Mərakeşdə 4 qadın cadugərlik və qəbirləri murdarlama cəhdinə görə məhkəmə qarşısına çıxarılacaq.

Yerli KİV-lər bildirir ki, qadınlar özünü falçı adlandıran şəxslə görüşmək üçün Fəsdən Sale şəhərinə gəliblər. Qadınlardan biri bu yolla ailə problemini həll etmək istəyib.

Falçı sehrli ayin üçün qadınları Rabat və Sale arasında yerləşən qəbiristanlığa göndərib: onlar orada saç telləri, corablar və altpaltarını basdırmalı idilər. Qadınların şübhəli hərəkətinin şahidi olan məzarlıq mühafizəçisi polisə müraciət edib.

Qadınlar hüquq-mühafizəçiləri tərəfindən tutulublar. Falçı isə “cadugərlik və qəbirlərin murdarlanmasının təkrarlanmasına” görə yenidən həbsxanaya göndərilib.

Qeyd edək ki, cadugərlik Mərakeşdə qadağan edilib və buna görə həbs cəzası nəzərdə tutulub.