
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, alimlər Çində pandemiya potensialı olan qripin yeni ştammını aşkarlayıblar.
Bu virus yeni aşkarlanıb və ona donuzların yoluxduğu deyilir, lakin həm də insanların bu virusa tutula biləcəyi bildirilir.
Alimlər bu virusun mutasiyaya uğrayaraq insandan-insana daha asanlıqla keçə biləcəyindən və qlobal “partlayış” yarada biləcəyindən narahatdırlar.
Onlar bu virusun hazırki problem olmadığını desə də, insanları yoluxdurmaq üçün “bütün əlamətlərin” görüldüyünü və yaxından öyrənilməli olduğunu bildirirlər.
Bu virus yeni olduğundan insanların ona qarşı immunitetinin zəif ola biləcəyi və ya ümumiyyətlə olmayacağı deyilir.






























