Gürcüstanda yeni nazir təyin edildi

53
0

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tea Axvlediani Gürcüstanın barışıq və vətəndaş hüquq bərabərliyi məsələləri üzrə nazir vəzifəsinə təyin edilib. O, daha öncə səhiyyə nazirinin müavini postunu tuturdu.

Bu haqda Baş nazir Giorqi Qaxariya hökumətin iclasında bildirib.

Axvlediani yeni postunda Ketevan Tsixelaşvilini əvəzləyib: Tsixelaşvili 22 maydan Gürcüstanın ATƏT missiyasındakı və Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi, həmçinin Avstriyadakı səfiridir.

Qaxariya Axvledianini yeni təyinatı münasibəti ilə təbrik edib və onun böyük təcrübəyə sahib olduğunu deyib.