
Az.shafaqna.com CNBC-a istinadən xəbər verir ki, “Microsoft” və “ByteDance” şirkətləri arasında “TikTok”-un alışına dair sazişin məbləği 30 milyard dollaradək təşkil edə bilər.
Tərəflər hazırda mobil əlavənin qiyməti barədə razılığa gəlməyiblər, hazırda söhbət 10-30 milyard dollardan gedir.
Qeyd edilir ki, ABŞ maliyyə naziri Stiven Mnuçin sövdələşmənin razılaşdırılması prosesində dərindən iştirak edir.
Xatırladaq ki, ABŞ-ın “TikTok”-u qadağan etmək istəməsi bəyanatlarından sonra “Microsoft” “TikTok”-un alışı üçün danışıqlara başlayıb.






























