Az.shafaqna.com xəbər verir ki, “WhoScored” statistika saytı “Barselona” klubunun hücumçusu Lionel Messini Avropanın ən yaxşı oyunçusu adlandırıb.
Argentinalı idmançının 2019/2020 sezonu üzrə orta qiymətləndirilməsi 8,71-dir.
2-ci yerdə isə PSJ-ın hücumçusu Kilian Mbappedir – 8,14 bal.
“Bavariya”-nın hücumçusu Robert Levandovski isə 8,13 balla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Messi, adıçəkilən portalın versiyasına əsasən, son 11 sezonda 9-cu dəfədir ki, ən yaxşı seçilib. 1-ci yerin sahibi 2013/2014-də “Liverpul”-un o zamankı hücumçusu Luis Suares, 2016/2017-də isə Neymar olub.































