Mar-a-Lago in Palm Beach. (WPEC)

Az.shafaqna.com “Miami Herald”-a istinadən xəbər verir ki, yarımavtomat silahlarla silahlanmış 3 yeniyetmə ABŞ prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahının ərazisinə soxulub.

Bu haqda Florida ştatı Palm-Biç şəhərinin polisi məlumat verib.

Bildirilir ki, yeniyetmələr polis qaçarkən Trampın iqamətgahının hasarından aşıb keçiblər.

Onların harada olduqlarına dair təsəvvürləri yox idi”, – deyə polisdən qeyd edilib.

Əlavə edilir ki, yeniyetmələr Mar-a-Laqoya sırf polisdən gizlənmək məqsədi ilə giriblər, onlar iqamətgah ərazisindəki binaya daxil olmağa cəhd etməyiblər.