REUTERS/Oswaldo Riva

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, 43 ölkədə 700 milyona yaxın insan su çatışmazlığından əziyyət çəkir.

2,7 milyard insan isə ildə azı 1 ay su çatışmazlığı yaşanan regionlarda yaşayır.

Ümumdünya Vəhşi Təbiət (WWF) fondunun məlumatlarına görə, içməli su dünya su ehtiyatlarının cəmi 2,5 faizini təşkil edir. Üstəlik içməli su ehtiyatlarının 70%-i buzlaqlardadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 785 milyon insanın içməli suya çıxışı yoxdur, 144 milyon insan isə təmizlənməmiş su istifadə edir.

Azı 2 milyard insan isə kanalizasiya axınları ilə qarışmış sudan istifadə edir ki, bu da vəba, dizenteriya, tif və poliomiyelit kimi xəstəliklərin yayılması təhlükəsinə səbəb olur.

BMT-in məlumatına görə, dünyadakı su istifadəsi 6 dəfə artıb və bu göstərici artmağa davam edir.

Mütəxəssislərin proqnozlarına əsasən, 2050-ci ildə insanların 40%-ə qədəri su çatışmazlığından əziyyət çəkəcək.