Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya “Hidrometsentr”-in elmi rəhbəri Roman Vilfand bəyan edib ki, iyul ayında Arktikadakı buzun miqdarının mütləq minimumu qeydə alınıb.

Demək olar ki, iyul buzluluq üzrə rekord ay oldu. Arktikadakı buzluluğun müşahidə tarixinin mütləq minimumu qeydə alınıb”, – deyə o bildirib.

Meteoroloq əlavə edib ki, bu, Şimal dəniz yolunun həmişəkindən 1 ay qabaq tam şəkildə açılmasına səbəb olub.