Az.shafaqna.com xatırladır ki, bu gün müqəddəs Qədir-Xum bayramıdır. Bu bayram dünyada mömin insanlar tərəfindən qeyd olunur. Qədir-xum bayramının yaranmasının İslamda çox böyük tarixi önəmi var. Belə ki, Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – “Həccül-vida” – dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil olur. “Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…”.
Peyğəmbərin ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa , risalət tamamlanmırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin. Qədir-Xum bayramının əhəmiyyəti də ondadır ki, məhz bu gün peyğəmbərimiz özündən sonra İslamı yaşatmaq və yaymaq üçün ən layiqli namizədi Hz. Əlini seçdi.
Bu müqəddəs bayram münasibətilə biz də bütün möminləri təbrik edirik!
