Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, hesablamalara əsasən, Livanın paytaxtı Beyrutdakı partlayış təxminən 300 min insanı evsiz qoya bilər.

Bu haqda paytaxtın qubernatoru Mərvan Əbbud danışıb.

O, həmçinin dəymiş ziyanın məbləğini də açıqlayıb:

Zərərin məbləği 3-5 milyard dollar aralığındadır, bəlkə də daha çox”.

Xatırladaq ki, ötən gün axşam saatlarında Livanda güclü partlayış baş verib; 100-dən çox insan həyatını itirib, 4 minə yaxın insan isə xəsarət alıb.

Ölkənin Baş naziri partlayışın səbəbi barədə danışıb.