Məlum olduğu kimi İyul döyüşlərində qəhrəmanlıqla şəhid olan Azərbaycanın qəhrəman övladı, şəhid General Polad Həşimovla bağlı “Qanun” Nəşriyyatının dərc etdiyi  “Polad Generalımız” kitabı 2 min tirajla oxucuların istifadəsinə verilib.

“Shafaqna Azərbaycanca”nın video layihəsi rəsm şəkilləri və hekayəsi olaraq kitaba daxil edilib.

Layihənin kimin tərəfindən hazırlanması da kitabda qeyd olunub.

“Shafaqna Azərbaycanca”  olaraq  “Qanun” Nəşriyyatına bu cür gözəl kitab nəşr etdiklərinə görə minnətdarlığımızı bildiririk.

Layihəmizi kitaba daxil etdiklərinə və bizə edilən kitab hədiyyələrinə görə də ayrıca “Qanun Nəşriyyatı”nın rəhbərliyi və kollektivinə təşəkkür edirik!

Layihəmizi bir daha diqqətinizə çatdırırıq: