Gürcüstanın baş naziri Livan xalqına cəsarət arzuladı

63
0

Az.shafaqna.com xəbər verir ki, Livan paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra digər ölkələrin rəsmilərinin mesajları yayımlanmaqdadır.

Gürcüstanın baş naziri Qiorgi Qaxariya özünün tvitter səhifəsində bu haqda tvit paylaşıb.

Tvitdə deyilir: “Mən onlarla insanın həlak olması və yaralanmasına səbəb olan Beyrutda baş vermiş dağıdıcı partlayışdan kədərləndim. Vəfat edənlərin yaxınları və dostlarına səmimi başsağlığımı bildirirəm. Livan xalqına bu çətin matəm dövründə cəsarət və mətanət arzulayıram.”

Qeyd edək ki, dünən Livan paytaxtında dəhşətli partlayış baş verib.