TALKSPORT-Tyson-Jones-Jr

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Roy Cons Mayk Taysonla döyüşdən öncə qulaqlarını sığortalada bilər.

Bu təşəbbüslə keçmiş mütləq dünya çempionunun meneceri Jolt Barna çıxış edib. O, bu fikri 1997-ci ildə Taysonla Evander Holifild arasındakı döyüşdə baş vermiş insidentlə əsaslandırıb.

1997-ci il iyunda döyüş zamanı Taysonun Evander Holifildin qulağının bir hissəsini dişləyib qopardığını nəzərə alarsaq, menecer bu cür qəziyyəni qabaqcadan nəzərə almaq qərarına gəlib”, – deyə “Roy Jones Jr Boxing Russia”-dan bildirilib.

Xatırladaq ki, Tayson və Cons arasındakı qarşılaşma 12 sentyabrda Kaliforniya ştatının Karson şəhərində baş tutacaq.