
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan paytaxtında baş vermiş partlayışla bağlı özünün rəsmi tvitter səhifəsində paylaşım edib.
Az.shafaqna.com xəbər verir ki, Ərdoğan Beyrutda baş vermiş partlayışda həyatını itirənlərin qohumları və yaxınlarına baş sağlığı verib.
“Beyrut Limanı partlayışında həyatını itirənlərin qohumlarına və yaxınlarına başsağlığı verir və Allahdan onlara səbr, mətanət, yaralılara da tez bir zamanda sağalmalarını diləyirəm. Türkiyədə bizlər, həmişə Livanın və Livanlı qardaş-bacılarımızın yanında duracağıq.”, -deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərəb dilində paylaşılmış tvitində deyilir.
أقدم التعازي إلى أقارب وذوي ضحايا انفجار مرفأ #بيروت وأسأل الله تعالى أن يلهمهم الصبر والسلوان، كما أتمنى الشفاء العاجل للمصابين.
ونحن في تركيا سنقف دائما إلى جانب لبنان وأشقائنا اللبنانيين.
— رجب طيب أردوغان (@rterdogan_ar) August 4, 2020
























