
Az.shafaqna.com BBC-a istinadən xəbər verir ki, kompüter siçanının ilk yaradıcılarından biri olan Vilyan İnqliş 92 yaşında ABŞ-da vəfat edib.
Mühəndisin ölüm səbəbi tənəffüs çatışmazlığı olub.
O, 1964-cü ildə Duqlas Engekbart işləməyə başlayıb. Onlar birlikdə kompüter siçanının nümunəsini hazırlayıblar. İlk olaraq cihaz ekrandakı təsvirin yerinin dəyişdirilməsi üçün nəzərə tutulmuşdu. Siçan üzərində 1 düymə və iki təkərcik olan kiçik tirdən ibarət idi; onun vasitəsi ilə şəkilləri yuxarı-aşağı və sağa-sola hərəkət etdirmək olurdu.
Cihaz 1968-ci ildə San-Fransiskoda təqdim edilib, lakin öz ixtiraçılarına böyük pullar qazandırmayıb. Bütün şan-şöhrət və intellektual hüquqlar onları işə götürənlərə çatıb.
Lakin artıq 1971-ci ildə İnqliş “Xerox PARC” elmi-araşdırma mərkəzinə keçib və orada işləyərkən siçan üzərindəki iki təkərciyi 1 ədəd kürəciklər əvəzləyib. Cihazı bu modeli 1990-cı illərədək aktual olub.






























