Yaponiya hakimiyyəti 6–cı nəsl (6G) mobil əlaqə sistemi yaradan şirkətə 70 milyard yen (652,4 milyon dollar ) vəsait ayırmağı planlaşdırır.

Az.shafaqna.com Sputnik-ə istinadla xəbər verir ki, onun icrası növbəti on illiyə planlaşdırılır.

Bu haqda Nazirlər Kabineti daha əvvəl yeni formatın tətbiqi üçün hərtərəfli strategiya hazırlamaq məqsədilə iş adamlarından və texniki mütəxəssislərdən ibarət xüsusi ekspertlər şurası yaratmışdı.  Kyodo agentliyi bildirir.

Hazırda, Yaponiya beşinci nəsil rabitə sistemlərinə (5G) keçir. Bu baxımdan Yaponiya bu prosesin daha əvvəl başladığı Cənubi Koreya və ABŞ-dan geri qalır. Bununla yanaşı, Tokio müvafiq avadanlıqların hazırlanmasında Çindən geri qaldığına görə narahatdır.

Qeyd edək ki, Yaponiya hökuməti, bizneslə birlikdə altıncı nəsil sistemlərinə keçiddə lider olmaq istəyir. Bu sistemlərdən pilotsuz nəqliyyat vasitələrində və uzaq tibbi xidmətin təşkili üçün istifadə edilə bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin