Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyası bu gün Tbilisi meri postuna öz namizədini irəli sürəcək.
Bu barədə partiya tərəfindən bildirilib.
Əldə olan məlumatlara əsasən, Tbilisi meri postuna namizədin irəli sürülməsi Mtatsminda parkında baş tutacaq.
Tədbir saat 20:00 üçün planlaşdırılıb.
Namizədin kim olacağı isə açıqlanmayıb.
Bu məqaləni paylaş