Hicablı xanım Olimpiya Oyunlarında hakimlik edəcək

Az.shafaqna.com ABC-a istinadən xəbər verir ki, Tokioda keçiriləcək Olimpiya Oyunlarındakı basketbol qarşılaşmalarında hicablı müsəlman xanım hakimlik edəcək.

Misirli Sara Camal peşəcə basketbol hakimidir.

Tokio Olimpiyadasında o, 3×3 formatındakı qarşılaşmalara hakimlik edəcək və o, Olimpiya Oyunlarında bu idman növündə hakimlik edən ilk hicablı xanım olacaq.

32 yaşlı Sara xanımın karyera irəliləyişi Beynəlxalq Basketbol Federasiyasının 2017-ci ildə baş örtükləri ilə bağlı qaydalara dəyişiklik edərək müvafiq qadağanı ləğv etməsindən sonra mümkün olub.

Bu məqaləni paylaş