Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan “oğru aləminə” aid olmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.
Əməliyyat Tbilisi və Marneulidə keçirilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaqın məlumatına əsasən, vətəndaşla saxlanılanlardan biri arasında faiz ilə bağlı problem yaşanıb.
Mübahisəni “oğru prinsipləri” ilə və öz xeyrinə həlli üçün saxlanılan şəxs “oğru aləminin” üzvləri, həmçinin digər müttəhimlər ilə əlaqə qurub. Qeydedilən şəxslər maddi mükafat müqabilində kömək edəcəklərini vəd ediblər.
Polis məhkəmənin qərarı əsasənda müttəhimləri tutub.
Saxlanılan şəxslərin cinayətdə istifadə etdikləri kompüter avadanlıqları və mobil telefonları müsadirə edilib.
Gürcüstan Cinayət Məcəlləsinin 3 maddəsi üzrə araşdırma aparılır – “Oğru cəmiyyətinə üzvlük”, “Oğru toplantısında iştirak” və “Kömək üçün “oğru cəmiyyəti” üzvünə müraciət”.
Tutulan şəxslər 3-10 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.