Türkiyənin Baykar sənaye şirkəti Muharip Pilotsuz Təyyarə Sistemi (MİUS – Muharip İnsansız Uçak Sistemi) layihəsinin nəzəri dizayn görüntülərini paylaşdı.
Az.shafaqna.com xəbər verir ki, “Twitter” hesabından etdiyi paylaşmada Baykar yazıb: “Muharip Pilotsuz Təyyarə Sistemi (#MİUS) layihəmizin nəzəri dizayn görüntülərini ilk dəfə paylaşırıq. Millətimizə və bütün İslam aləminə sağlam və xoşbəxt bir Qurban Bayramı (#KurbanBayramı) diləyirik. Milli Texnologiya həmləsi (#MilliTeknolojiHamlesi).”
Muharip İnsansız Uçak Sistemi (#MİUS) projemizin kavramsal tasarım görsellerini ilk kez paylaşıyoruz.
Milletimize ve tüm İslam alemine sağlıklı ve mutlu bir #KurbanBayramı dileriz.#MilliTeknolojiHamlesi ✈️🚀🌍🇹🇷 pic.twitter.com/pHi2uprOrV
— BAYKAR (@Baykar_Savunma) July 20, 2021
Xatırladaq ki, Baykar 17 iyulda içində MİUS-lə bağlı bəzi ip uclarının olduğu video paylaşaraq “Bayram hədiyyəsi yüklənir! 20 iyulu gözləyin” ifadələrini işlətmişdi.