
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun bəyan edib ki, Beyrutun liman zonasındakı güclü partlayışların səbəbi gömrük xidməti tərəfindən müsadirə edilərək anbarda saxlanılan 2750 ton Ammonium nitratdır.
Livanın daxili işlər naziri Rayya əl-Həsən də “əl-Cədid” telekanalının efirində partlayışın Ammonium nitrat versiyasını açıqlayıb və əlavə edib ki, yük 2014-cü ildən limandakı anbarda saxlanılırdı.
Livan üzrə mütəxəssis olan jurnalist Hala Caber bildirib ki, 2013-cü ilin sentyabr ayında texniki problem səbəbi ilə Moldaviya bayrağı altında üzən gəmi Beyrut limanına daxil olub. Həmin gəmi Gürcüstandan Mozambika Ammonium nitratı daşıyırdı. Dah sonra yük gömrük xitməti tərəfindən müsadirə edilərək limandakı anbara yerləşdirilib.
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda olduqca güclü patlayış baş verib. Ən son məlumatlara görə, ən azı 100 nəfər həyatını itirib, minlərlə insan isə xəsarət alıb.






























