Ayətullah Xameneidən müsəlman ölkələrinə çağırış

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, müsəlman ölkələri öz gələcəklərini müstəqil şəkildə qurmalı və onların işlərinə Qərb tərəfindən olan müdaxilə ilə mübarizə aparmalıdır.

Bu fikirləri İranın Ali lideri Ayətullah Xamenei Həcc məraisiminin başlaması münasibəti ilə ifadə edib.

Biz –böyük sayda əhaliyə, geniş ərazilərə və saysız-hesabsız təbii zənginliklərə sahib İslamın ardıcılları öz gələcəyimizi öz aktivlər və resurslarımızın hesabına qurmalıyıq, həmçinin mənbəsi Qərb ölkələri olan təcavüz, müdaxilə və şərrə müqavimət göstərməliyik”, – deyə o, qeyd edib.

Ayətullah Xamenei əlavə edib ki, müsəlman ölkələrinin “gerilik və asılılığı” onların “passivlik və səriştəsizliyinin” nəticəsidir.

Onun sözlərinə görə, bu, nadir istisnalar olmaq şərti ilə, son 150 il ərzində bu ölkələrin müstəqil qərarlar qəbul etməyərək Qərbin “müdaxilə və tamahkarlığının” qurbanına çevrilməsi ilə bağlıdır.

Bu məqaləni paylaş