Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bu barədə Gürcüstan hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Tərəflər iki ölkə arasındakı xüsusi dost və strateji həmkarlığı müzakirə ediblər.
Qaribaşvili və Zelenski regional təhlükəsizlik məsələlərini və Qara dəniz regionundakı vəziyyəti gözdən keçiriblər.
Gürcüstan Baş naziri Ukrayna suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini təsdiq edib və Gürcüstanın suverenlik və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyi üçün rəsmi Kiyevə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Gürcüstanda səfərdədir.
Bu məqaləni paylaş