Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50,65 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.
“Az.shafaqna.com” Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0,6%-ni təşkil edib.
6 ay ərzində Azərbaycan həmçinin 3,7 milyon dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,2% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracına çəkilən xərc ümumi ixrac xərcinin 0,04%-i qədər olub.
Bu məqaləni paylaş