Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Tacikistanda Əfqanıstanla sərhəddən 20 km məsafədə yerləşən Hərb-Meydan poliqonunda Tacikistan, Özbəkistan və Rusiya hərbi qulluqçularının birgə təlimləri keçiriləcək.
Rusiya ordusu rəsmisi general-polkovnik Aleksandr Lapin bildirib ki, təlimlər 5-10 avqust tarixlərində baş tutacaq.
Təlimlər zamanı müttəfiq ölkə ərazisinə soxulmuş qeyri-qanuni silahlı dəstələrin məhv edilməsi məşq ediləcək.
Bu məqaləni paylaş