İraqın baş nazirinə 3 dəfə sui-qəsdə cəhd edilib

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, 2020-ci ilin May ayından bəri hökumət rəhbəri postunda olan Kazemi, Səudiyyə Ərəbistanının Əl Hadath televiziya kanalına müsahibəsində bu barədə danışıb.

O qeyd edib ki, Baş nazirliyi dövründə məruz qaldığı üç sui-qəsd cəhdindən sağ xilas oldum. Sui-qəsdlərin nə vaxt və kim tərəfindən təşkil edildiyi barədə məlumat verməyən Baş nazir Kazemi bundan narahat olmadığını və heç kimdən qorxmadığını, hökumətin proqramı çərçivəsində fəaliyyətini əzmlə davam etdirəcəyini vurğulayıb.

Bu məqaləni paylaş