Ukrayna prezidenti Gürcüstana gəldi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstana gəlib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Zelenskinin təyyarəsi Batumi Beynəlxalq Hava Limanına eniş edib. Burada 17-ci Beynəlxalq Konfrans keçiriləcək və Ukrayna prezidenti də orada iştirak edəcək.

Konfransın açılışı bazar ertəsi günü günün 2-ci yarısı olacaq. Görüşün açılışını Gürcüstan baş nazirinin müavini, XİN başçısı David Zalkaliani edəcək.

Tədbirdə həmçinin Moldova prezidenti Maya Sandu və Avropa Şurasının prezidenti Şarl Mişel də iştirak edəcək. Qeyd edək ki, Mişel artıq Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüş keçirib.

Konfransın əsas mövzusu Gürcüstan, Moldova və Ukrayna arasında əməkdaşlıq səviyyəsinin artırılması olacaq.

Bu məqaləni paylaş