Pakistanda ağır yol qəzası: Onlarla ölü və yaralı var

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistanda ağır yol qəzası baş verib.

Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 28 nəfər həyatını itirib, 40-dan çox insan isə yaralanıb.

İnsident ölkənin Pəncab əyalətinin Dera-Qazi-Xan şəhərində baş verib.

Dünyasını dəyişənlər arasında uşaqlar və qadınlar da var.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş